İdman

gimnastikadan

başlayır

Bakıdakı Dünya Kuboku iştirakçılarının podium məşqləri (FOTO)

18 fevral 2016

Bakıdakı Dünya Kuboku iştirakçılarının podium məşqləri (FOTO)

Bu gün Milli Gimnastika Arenasında Bakıda idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunun iştirakçısı olan idmançıların podium məşqləri keçirilib.

Milli Gimnastika Arenası (MGA) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) müvafiq xidmət sahələri 19-21 fevral tarixlərində 19 ölkədən olan iştrakçıları qəbul etməyə hazırlaşır.

Dünya Kuboku – ümumdünya gimnastika təqvimində mühüm hadisələrdən biridir, buna görə də Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz nümayəndəsini – Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edib. O, alman dəqiqliyi ilə yarışların gedişatını izləyəcək və bu subyektiv idman növündə hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin prezidenti və Olimpiya çempionu Nelli Kim (Belarus) də təşrif buyurub.

Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.

 

“Trend” İnformasiya Agentliyi, 18 fevral 2016-cı il