İdman

gimnastikadan

başlayır

Polşadan 3 “qızıl”

15 sentyabr 2023

Polşadan 3 “qızıl”


Ötən həftəsonu akrobatika gimnastikası üzrə yığma komandamızın üzvləri beynəlxalq yarışda uğurla çıxış ediblər. Polşanın paytaxtı Varşavaya yollanan gimnastlarımız 7-11 sentyabr tarixlərində orada keçirilən “Wars and Sawa Cup” beynəlxalq turnirdə onlara bəslənilən ümidləri doğruldublar. İdmançılarımız turniri 3 qızıl medalla başa vurublar.
Təmsilçilərimiz Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (yeniyetmələrdən ibarət qadın qrupu), Daniel Abbasov və Murad Rəfiyev (kişi cütlüyü) qarışıq hərəkətlər proqramında bütün rəqiblərini üstələyərək qızıl medallara layiq görülüblər.