İdman

gimnastikadan

başlayır

Polşadan medal sevinci

04 may 2023

Polşadan medal sevinci

Hər il olduğu kimi, bu il də bədii gimnastlarımız ənənəvi “Irina Cup” beynəlxalq turnirində qüvvələrini sınayıblar. 29 və 30 aprel tarixlərində Polşanın Varşava şəhərində keçirilən sayca 15-ci turnirdə ölkəmizi yığma komandamızın üzvləri Fidan Aladinova, Nəzrin Abdullayeva, Leyli Ağazadə və İlona Zeynalova təmsil ediblər.
Komandamızın üzvlərindən İlona Zeynalova  bizə medal sevinci yaşadıb. İdmançımız lentlə hərəkətlərin icrasında və çoxnövçülük proqramında bürünc medala sahib çıxıb.