İdman

gimnastikadan

başlayır

Portimaodan bürünc medal

09 may 2023

Portimaodan bürünc medal

Avropa çempionatına sayılı günlər qalmış bədii gimnastika üzrə qrup hərəkətləri yığmamızın üzvləri ölkəmizə medal sevinci yaşadıblar.
Belə ki, 5-7 may tarixlərində Portuqaliyanın Portimao şəhərində keçirilən Challenge seriyasına aid Dünya kubokunda ölkəmizi təmsil edən qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina  çoxnövçülük proqramında bürünc medal qazanıblar.
Beş halqa, üç lent və iki topla hərəkətlərin icrasında finalda mübarizə aparan təmsilçilərimiz ümumilikdə 61.000 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.  
Fərdi proqramda ən yaxşı nəticəni isə Zöhrə Ağamirova göstərib. Belə ki, topla (31.100 xal) və halqa halqa (28.300 xal) ilə hərəkətlərin icrasında finala yüksələn idmançımız müvafiq olaraq 6-cı və 7-ci yerləri tutub.