İdman
gimnastikadan
başlayır
05 iyul 2026
4 və 5 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun final həyəcanı başa çatıb.
Finalda batut gimnastikası üzrə təmsilçimiz Maqsud Mahsudov 61.440 xal toplayaraq yarışı 7-ci pillədə tamamlayıb.
Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov bürünc medalın sahibi olublar.
Tamblinq üzrə mübarizədə isə Mixail Malkin 32.300 xalla bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxıb. Tofiq Əliyev 29.300 xalla üçüncü yeri tutaraq bürünc medal qazanıb. Gümüş medala isə Portuqaliya təmsilçisi Vasco Peso layiq görülüb.
Eyni gündə keçirilən Coimbra GymFest beynəlxalq turnirində də Azərbaycan gimnastları uğurlu çıxışları ilə yadda qalıblar.
Batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov qızıl, Hüseyn Abbasov isə gümüş medal qazanıb.
Tamblinq üzrə komanda yarışlarında Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev qızıl medala layiq görülüblər.
Fərdi proqramda Bilal Qurbanov qızıl, Aleksey Karataşov isə bürünc medal əldə edib. Bundan əlavə, Sənan Rzazadə qızıl, Əsnad Niftiyeva və Xədicə Məmmədzadə də gümüş medalla turniri başa vurublar.
Gimnastlarımızı bu nailiyyətlər münasibətilə təbrik edirik!