İdman

gimnastikadan

başlayır

Bakıda keçiriləcək bədii gimnastika üzrə ilk Avropa kubokuna ilkin baxış

01 may 2024

Bakıda keçiriləcək bədii gimnastika üzrə ilk Avropa kubokuna ilkin baxış

37 ölkədən gimnastikanın zərif təmsilçiləri bədii gimnastika üzrə Avropa Çempionatında iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıya gəlir. 
Möhtəşəm Milli Gimnastika Arenasının yarış meydançısı cümə günündən bazar gününə qədər gənc (komanda hesabı və ayrı-ayrı alətlər) və böyük gimnastların (çoxnövçülük və ayrı-ayrı alətlər) fərdi proqramda, böyüklərdən ibarət qrup hərəkətləri komandalarına (çoxnövçülük və ayrı-ayrı alətlər) həvalə olunacaq.

Avropa Gimnastikası yarışında yenilik ... pul mükafatı verilir! Mükafat fondunun ümumi məbləği 40.000 avro təşkil edir. Çarpaz qarşılaşmalarda qalib €8000, ikinci yer €5000, üçüncü yer €3000, dördüncü yer €2000, 5-8-ci yerlərin hər biri €1000, 9-16 yerin hər biri €500 qazanacaq. Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qalib €5000, gümüş medalın sahibi €3500 və bürünc medalın mükafatçısı €2500 sahibi olacaq. Gənclər yaş qrupları yarışında komanda hesabında qalibi €1300, ikinci yeri €1000 və üçüncü yerin sahibini isə €700 gözləyir. 

Kimləri izləməli?
160 gimnastın yer aldığı nəhəng meydançaya çoxnövçülük üzrə son Avropa çempionu Boryana Kaleyn (Bolqarıstan) və onun komanda yoldaşı ulduz gimnast Stiliana Nikolova, keçmiş gənc fərdi gimnast olan görkəmli Daniyela Myunitsinin müşayiəti ilə çoxnövçülük üzrə 2022-ci ilin Avropa çempionu Darya Atamanov (İsrail), çoxnövçülük üzrə 2022-ci ilin Dünya çempionu Sofiya Raffaeli və Milena Baldasari (İtaliya), ukraynalı Kristina Poqraniçna, Azərbaycanın fəxri Zöhrə Ağamirova və daha bir neçə Avropa ulduzları öncülük edir.

Qrup komandaları arasında mübarizədə biz ev sahibi ölkə Azərbaycan, Bolqarıstan, İsrail, İtaliya, Gürcüstan, Macarıstan və Rumıniya arasında həyəcanverici mübarizənin keçəcəyini gözləyirik.
Mətn Avropa Gimnastikasının rəsmi saytında dərc olunmuş məlumatlara istinadən hazırlanıb.