İdman

gimnastikadan

başlayır

Qrup hərəkətləri komandamızdan qızıl medal

31 mart 2024

Qrup hərəkətləri komandamızdan qızıl medal

Milli komandamızın üzvləri 30-31 mart tarixlərində Fransanın Tiye şəhərində keçirilən 35-ci Beynəlxalq Qran-pri yarışında ölkəmizə qızıl medal qazandırıblar.

Böyüklərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova bu uğuru 5 halqa ilə hərəkətlərin icrasında (36,350 xal) əldə ediblər.

Qeyd edək ki, bu komandamızın bu il qatıldığı ilk beynəlxalq yarışdır.

Xatırladaq ki, qrup hərəkətləri komandamızın üzvləri 2022-ci ilin Dünya Çempionatında bürünc və 2023-cü ilin Avropa Çempionatında qızıl medal qazanıblar.