İdman

gimnastikadan

başlayır

Qrup hərəkətləri üzrə ikinci heyət Dünya kubokunda çıxış edib

20 mart 2023

Qrup hərəkətləri üzrə ikinci heyət Dünya kubokunda çıxış edib

Martın 17-dən 19-dək Yunanıstanın Paleo Faliro şəhərində bədii gimnastika üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi təmsil edən Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyevadan ibarət qrup komandasının ikinci heyəti 26.900 xalla həlledici mərhələdə 3 lent və  2 top proqramında 6-cı pillədə qərarlaşıb. Təsnifat mərhələsini 9-cu pillədə başa vuran yığmamızın üzvləri Braziliya komandasının bir təmsilçisinin zədə alması səbəbindən finalda iştirak edib. 
Həlledici mərhələdə komandamızın üzvləri Ukrayna və Bolqarıstan komandalarını qabaqlayaraq 6-cı yeri tutub. Təmsilçilərimiz çoxnövçülük proqramında 56.250 xalla 10-cu, 5 halqa ilə hərəkətlərin icrasında isə 29.800 xalla 12-ci  olublar.