İdman

gimnastikadan

başlayır

Qrup komandamız 13 ildən sonra Olimpiya Oyunlarında

07 avqust 2021

Qrup komandamız 13 ildən sonra Olimpiya Oyunlarında

Bu gün Tokio-2020 Olimpiya Oyunları çərçivəsində bədii gimnastların qrup hərəkətləri proqramı üzrə yarışları baş tutub.

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədovadan ibarət Azərbaycanın qrup hərəkətləri komandası da 2 çıxış proqramı üzrə kompozisiyalarını nümayiş etdirib.

Komandamız iki çıxışın cəminə əsasən 74.350 xal toplayaraq çoxnövülük üzrə təsnifatda 10-cu yerdə qərarlaşıb.