İdman

gimnastikadan

başlayır

Qrup komandamızdan daha bir medal

28 noyabr 2020

Qrup komandamızdan daha bir medal

Bu gün bədii gimnastlarımız Ukrayna paytaxtı Kiyevdə keçirilən Avropa çempionatında daha bir medal qazanıblar.

Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız 3 halqa və 2 cüt gürzlə final çıxışlarına görə bürünc medal əldə ediblər. 5 topla çıxışlarına görə isə qızlarımız medalın bir addımlığında dayanıblar.

Gənc gimnastların yarışları da bu gün yekunlaşıb. Hər 4 alət üzrə finalda çıxış edən gimnastlarımızdan ən yaxşı nəticəni Nərmin Bayramova göstərib. O lentlə icra etdiyi proqrama görə 4-cü olub. İplə çıxışına görə Nərmin 6-cı yerdə qərarlaşıb. Top və gürzlərlə final mərhələsində iştirak etmiş Alina Gözəlova isə hər iki çıxışına görə 5-ci olub.