İdman

gimnastikadan

başlayır

Qrup komandamızdan növbəti “gümüş”

09 aprel 2021

Qrup komandamızdan növbəti “gümüş”

Bu gün bədii gimnastika üzrə yığma komandamızın üzvləri Finlandiya Gimnastika Federasiyasının dəvəti ilə bədii gimnastika üzrə onlayn turnirdə iştirak ediblər.

Ölkəmizi Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası, fərdi proqramda isə Arzu Cəlilova və Nərminə Səmədova  təmsil edib.

Uğurları ilə hər kəsi daim sevindirən qrup hərəkətləri komandamız bu dəfə də medalsız qalmayıb. 3 halqa və 2 cüt gürzlərlə nümayiş etdirdikləri çıxışlarına görə qızlarımız gümüş medal qazanıblar.

Təbrik edirik!