26 yanvar 2019
Azərbaycan Gimnastika Federasiyasının yerli məşqçilər üçün təşkil etdiyi və Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə 2-ci dərəcəyə aid məşqçilik kurslarının (16-22 yanvar) nəticələri açıqlanıb.
Bakıda baş tutan kurslarda iştirak etmiş 12 məşqçimizin hər biri imtahanları uğurla verərək, beynəlxalq sertifikatlar almış və məşqçilik üzrə 2-ci dərəcəyə sahiblənmişlər.
Qeyd edək ki, həm nəzəriyyə, həm də təcrübi hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Levit Andrey (Polşa) və Kris Evans (Böyük Britaniya) tərəfindən keçirilib.