05 fevral 2019
Azərbaycan Gimnastika Federasiyası 24-30 yanvar tarixlərində Bakıda batut gimnastikası üzrə yerli məşqçilər üçün 1-ci dərəcəyə aid kurslar təşkil etmişdir. Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kursların nəticələri ötən gün açıqlanıb.
Belə ki, seminarlarda iştirak etmiş 13 məşqçimizin hər biri imtahanları uğurla verərək, beynəlxalq sertifikatlar almış və məşqçilik üzrə 1-ci dərəcəyə sahiblənmişlər.
Qeyd edək ki, həm nəzəriyyə, həm də təcrübi hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri, Santos Mendes Eduardo Jorge (Portuqaliya), və Corradi Maria Carolina (Argentina) tərəfindən keçirilib.