22 noyabr 2019
5-12 noyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil olunmuş aerobika gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Akademiyasının 2-ci dərəcəyə aid məşqçilik kurslarının nəticələri açıqlanıb.
Ölkəmizdə bu növ üzrə ikinci dəfə keçirilmiş kurslarda Azərbaycandan olan 11 iştirakçının 9-u imtahanlarda uğurlu nəticə göstərərək, 2-ci məşqçilik dərəcəsi əldə edib. Bunlar Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Vladimir Dolmatov, Emil Quliyev, Aleksandra Qorobçuk, Cəmilə İsmayılova, Alfiya Mantova və İldırım Mirməmmədovdur.
Xatırladaq ki, kurslar FIG Akademiyasının eksperti, beynəlxalq dərəcəli hakim və Avropa Gimnastika İttifaqının aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Olqa Kiseloviçova, Braziliyadan olan ekspert Katia Lemos və aerobika gimnastikası üzrə Azərbaycan yığmasının Baş məşqçisi, ekspert Marian Kolev tərəfindən keçirilib.
Bu kurslara Azərbaycan, Argentina, İran, Meksika, Moldova və Ukraynadan olan ümumilikdə 19 nəfər qatılıb.