18 iyul 2009
Kaosyunq Dünya oyunlarında dünən baş tutan ip və halqa müsabiqələri hamını heyrətləndirmişdir. Tamaşaçılar səbirsizliklə onların bu gün Top və Lentlə çıxışlar üçün arenaya qayıtmağını gözləyir.
Bu ecazkar idmançılar Kaosyunq dünyanın hər bir tərəfindən gəliblər. Hərəsinin öz taleyi, öz karyerası var. Gəlin yaxından nəzər salaq!
Belarus
Melitina Belarus bədii gimnastikasının yeni doğan ulduzudur! Bu 16-yaşlı idmançı inanılmaz dərəcədə istedadlıdır, və o öz beynəlxalq senior karyerasına bu il başlamışdır. O, Bakı Avropa çempionatında fərdi çoxnövçülükdə 9-cu olmuş, Dünya kuboku mərhələlərində 10-a yaxın medal qazanmışdır. Mariborda lentlə hərəkətlərdə gümüş medal onun ən yaxşı göstəricisidir. Stanyuta dünən hər iki növdə finala çıxmış və bu növlərdə 4-ci yeri tutaraq az fərqlə medalları əldən buraxmışdır. Lakin, bu hələ son deyil! Belarusun bir nömrəli ümidverici gimnasti olaraq, Stanyuta karyerasında ilk dəfə bu ilin sentyabrında Yaponiyanın Mie şəhərində keçiriləcək dünya çempionatına vəsiqə qazanmasından məmnundur. Keçən il bu cür hadisəni yalnız arzulaya bilərdim, deyə o gülümsəyir.
Lyubov Çarkaşina 2005-ci ildə seniorlar arasında debüt edib, və artıq bədii gimnastika səhnəsində kifayət qədər tanınır. Həmin vaxtdan o, dörd Avropa və iki dünya çempionatlarında, eləcə də Pekin Olimpiya oyunlarında çıxış etmiş, və orada fərdi çoxnövçülükdə 15-ci yeri tutmuşdur. Hər halda, bu onun ilk Dünya oyunlarıdır, və o, bu idman hadisəsində olmaqdan zövq alır. Çarkaşina dünən halqalarla finalda 6-cı olmuşdur.
Dünya oyunları bitdikdən sonra iki Belarus gimnastı Kiyevdə və daha sonra Minskdə Dünya kubokunda iştirak edəcəklər.
Azərbaycan
Anna Qurbanova və Aliyə Qarayevanın qismində Azərbaycan Kaosyunqda iki Olimpiyaçı ilə təmsil olunub. 2004-cü ildən yığma komandanın üzvü olan Qurbanova 2005 və 2007-ci illərdə dünya çempionatlarında çıxış edib, və artıq Duysburq Dünya oyunlarında iştirak edib. Dünən o, iplə finalda 6-cı olmuşdur.
21 yaşlı Qarayevanın karyerasının pik nöqtəsi o, Pekin Olimpiya oyunlarına vəsiqə qazanarkən çatmışdır. 2007-ci il Patras dünya çempionatında, özünün ilk dünya yarışında, o ip və halqa ilə 4-cü olaraq az fərqlə medalları əldən vermişdir.
Kaosyunqun güclü iştirakçılarına nəzər saldıqda, Azərbaycan gimnastları medallar barədə ehtiyatla danışırlar. Onlar Dünya oyunlarının əhəmiyyətini başa düşür və bu gecə finalda medallar üçün əllərindən gələni etməyə hazırlaşırlar.