İdman

gimnastikadan

başlayır

İzmirdə keçirilən bədii gimnastika üzrə Dünya Çempionatı: ikinci günün nəticələri

24 sentyabr 2014

İzmirdə keçirilən bədii gimnastika üzrə Dünya Çempionatı: ikinci günün nəticələri

 

Türkiyənin İzmir şəhərində bədii gimnastika üzrə Dünya Çempionatının 2-ci təsnifat günü yekunlaşıb. Azərbaycan gimnastları – Marina Durunda, Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva halqa və topla çıxış ediblər.


Marina Durunda yaxşı nəticələr göstərərək, bu alətlərlə dünyanın 8 ən yaxşı idmançısının çıxış etdiyi finala çıxmağa müvəffəq olub. Finalda gimnastımız halqa və topla müvafiq olaraq 6-cı və 7-ci yerdə qərarlaşıb.


Bu gün, Durunda və Şəfizadə gürzlərlə, sabah isə lent ilə çıxış edəcəklər və elə həmin bu alətlər üzrə final mərhələsi olacaq.