İdman
gimnastikadan
başlayır
11 avqust 2014
Bolqarıstanın paytaxtı Sofiyada həftəsonu bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi yekunlaşıb. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata əsasən, milli komandanın lideri Marina Durunda topla finalda 4-cü nəticəni əldə edib.
Xatırladaq ki, Türkiyənin İzmir şəhərində 22 sentyabr tarixində start götürəcək Dünya Çempionatına qədər, gimnastlarımızı Polşa və Rusiyada keçiriləcək beynəlxalq turnirlərdə çıxışlar gözləyir.