İdman

gimnastikadan

başlayır

Riminidə uğurlu çıxışlar davam edir

29 may 2022

Riminidə uğurlu çıxışlar davam edir

Mayın 27-si və 28-də İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvü Mixail Malkin tamblinq üzrə yarışlarda gümüş medala layiq görülüb. Finalda mübarizə aparan komandamızın digər üzvü Tofiq Əliyev isə 6-cı pillədə qərarlaşıb.