26 iyul 2019
Bu gün, Milli Gimnastika Arenasında Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilir.
Azərbaycan milli komandasının üzvü, gənc gimnastımız Səməd Məmmədli dəstəli atda çıxışlarına görə Festivalın gümüş medalına layiq görülüb. Təmsilçimiz 13.600 xalla yalnız Ukraynalı gimnastdan geri qalaraq, ikinci pillədə qərarlaşıb.
Səmədin daha bir final çıxışı isə sərbəst hərəkətlərdə olub. Gimnastımız bu final mərhələsində 13.733 xalla sıralamada 6-cı olub.
Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarında ölkəmizi idman gimnastlarımız Səməd Məmmədli, Mənsum Səfərov, Ağakazım Rüstəmov və Milana Minakovskaya təmsil ediblər.