İdman

gimnastikadan

başlayır

Səməd Məmmədli 3 finala vəsiqə qazandı

23 iyul 2019

Səməd Məmmədli 3 finala vəsiqə qazandı

Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar baş tutub.

Bu gün, Milli Gimnastikası Arenasında Azərbaycan yığma komandasının 3 gimnastı - Səməd Məmmədli, Mənsum Səfərov və Ağakazım Rüstəmov çıxış ediblər. Təmsilçilərimiz çoxnövçülükdə və ayrı-ayrı alətlərdə finallara vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar. 

Ən yaxşı nəticəni isə Səməd göstərərək, çoxnövçülük, dəstəli at və sərbəst hərəkətlərdə finalçılar sırasına adını yazdırıb. Komanda yarışlarında gimnastlarımız ümumi  xal hesabı ilə 11-ci olublar.