08 aprel 2017
Azərbaycanlı gimnast Samirə Qəhrəmanova 5-7 aprel tarixlərində Belarusun Moqilyov şəhərində keçirilmiş qadın idman gimnastikası üzrə Açıq Respublika Çempionatında iştirak edib.
Qadın idman gimnastikası ölkəmizdə 2013-cü ildən inkişaf etdirilir. Qısa müddət olmasına baxmayaraq, Azərbaycan məktəbinin yetirməsi artıq beynəlxalq arenada öz qüvvəsini sınayıb.
Samirə şəxsi karyerasında ilk dəfə olaraq beynəlxalq turnirdə çıxış edib. O, Ukrayna, Latviya, Özbəkistan, Türkmənistan və Belarusdan olan idmançılarla mübarizə apararaq 3 final mərhələsinə yüksəlib və ən yaxşı nəticəni dayaqlı tullanma hərəkətlərində göstərərək, 6-cı yerdə qərarlaşıb.
Samirə həmçinin, tamaşaçıların rəğbətini qazanaraq təşkilatçılar tərəfindən hazırlanmış “Miss Simpatiya” nominasiyasında xüsusi mükafata layiq görülüb.