İdman

gimnastikadan

başlayır

Selcan Mahsudovadan daha bir uğur

18 aprel 2025

Selcan Mahsudovadan daha bir uğur

Batut gimnastikası üzrə milli komandamızın üzvü Selcan Mahsudova beynəlxalq arenada növbəti uğura imza atıb. Təmsilçimiz 15-18 aprel tarixlərində Belarus Respublikasının Vitebsk şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medala layiq görülüb. O, yarışda ümumilikdə 55.540 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Selcan Mahsudovanı beynəlxalq arenadakı davamlı uğurları münasibətilə təbrik edirik!