İdman

gimnastikadan

başlayır

Selcan Mahsudovadan Dünya rekordu

21 sentyabr 2025

Selcan Mahsudovadan Dünya rekordu

20 və 21 sentyabr tarixlərində Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya kuboku ölkəmiz üçün uğurlu olub.

Yarışda iştirak edən milli komandamızın üzvü Selcan Mahsudova dünya rekordunu yeniləyib. Fərdi proqramda havada dörd dəfə üçlü salto edərək yeni dünya rekorduna imza atıb.

Həmçinin eyni yarışda Selcan Mahsudova və Maqsud Mahsudov sinxron proqramda 49.770 xalla qızıl medala layiq görülüblər.

Fərdi proqramda isə Maqsud Mahsudov 60.090 xalla bürünc medalın sahibi olub.

Gimnastlarımızı bu böyük uğuru münasibətilə təbrik edirik!