02 iyul 2024
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytında Azərbaycanın batut gimnastikası üzrə təmsilçisi Selcan Mahsudovanın İsveçrənin Arosa şəhərində keçirilən Dünya kubokundakı çıxışı haqqında xüsusi olaraq bəhs edilib. Qeyd edilib ki, Azərbaycan batutçusu finala yüksələrək 55,660 xal toplayıb və nəticədə, yarışın favoritlərindən olan Olimpiya Oyunlarının gümüş və bürünc medal mükafatçısı, dünya çempionu, britaniyalı idmançı Brioni Peyc və Yaponiya təmsilçisi, dünya çempionu Hikaru Morini qabaqlayaraq final sıralamasında önə keçib.
Batut gimnastikası üzrə ölkəmizə tarixi Olimpiya lisenziyasını qazandıran gənc idmançımızın güclülərin yarışında göstərdiyi istedad və əzmkarlıq nümayişi bizi sevindirir və ona gələcək yarışlarda bol uğur arzu edirik!