15 aprel 2013
Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər.
"İki dəfə birinci yeri tutan Marina Durunda xüsusi tərifə layiqdir. Belə ki, o, əvvəlcə çoxnövçülükdə mükəmməl proqram nümayiş etdirib, turnirin ikinci günündə isə çempion kimi lentlə tapşırığı uğurla yerinə yetirib", - məlumatda deyilir.
Bununla belə, Azərbaycan gimnastı medal qazanmaqda davam edib. O, finalda gürzlə hərəkətlərdə gümüş medala, halqa və topla tapşırıqlarda isə bürünc medala sahib çıxıb.
Onun komanda həmkarı Lalə Yusifova yalnız bir dəfə fəxri kürsüyə yüksəlib. O, topla tapşırıqda birinci olub.
Vyanada keçiriləcək Avropa çempionatına hazırlaşan yeniyetmə gimnastlardan ibarət qrup komandası turnirdən turnirə nəticəsini yüksəldir. Bir həftə əvvəl gimnastlarımız Lissabonda üçüncü olduğu halda, hazırda Nilüfər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Emiliya Bağıyeva və Aynur Mustafayeva birinci olublar.
Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, gimnastlarımız medallardan başqa, müxtəlif nominasiyalarda qalib adını qazanıblar. Yusifova iki nominasiyada qalib elan edilib. Belə ki, o, Riqa rəssamları və turnirin sponsorunun (oyuncaqlar mağazası) "Miss simpatiya" mükafatını əldə edib. Durunda isə çıxışı ilə tamaşaçılarda oyatdığı böyük təəssürata görə Riqa rəssamlarından mükafat alıb.
Bu həftə Lalə və Marina Buxarestə yola düşəcəklər, onlar Dünya Kubokunda çıxış edəcəklər. Veronika Ömərova isə beynəlxalq turnirdə mübarizə aparacaq.