15 oktyabr 2010
20 yaşlı Azərbaycan gimnastı ölkəsinin ikiqat mütləq Çempionu və dəfələrlə beynəlxalq yarışların mükafatçısıdır. O, idman gimnastikası üzrə Dünya Çempionatında (16-24 oktyabr 2010-ci il, Rotterdam) Azərbaycanı təmsil edən yeganə idmançıdır.
Artıq iki ildir ki, o, Barselona 92-nin Olimpiya Çempionu, məşhur Azərbaycan gimnastı, hal-hazırda isə Alman gimnastlarını yetişdirən Valeriy Belenkinin rəhbərlik etdiyi təlim-məşq toplanışlarında iştirak edir.
Şakiri artıq səhər tezdən zalda görmək olar: məşğələlər çoxtəcrübəli məşqçi Anatoliy Yarmovskinin nəzarəti altında ümumi fiziki hazırlıqdan başlanır, sonra alətlərlə davam edir – səhər məşqlərində at, halqalar və dayaqla tullanma, axşam isə paralel tirlər, horizontal tir və sərbəst hərəkətlər.
Şakirin qarşısına məqsəd qoyulmuşdur – 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanaraq orada iştirak etmək. “Şübhəsiz ki, Olimpiadada iştirak etmək hər bir idmançının arzusudur. Çox ümid edirəm ki, 2011-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatında mümkün qədər uğurlu çıxış nümayiş etdirərək Oyunlara lisenziya qazana biləcəyəm”, deyə gimnast bildirir.
Hazırkı Dünya Çempionatına gəlincə isə Şakirin məşqçiləri elə güman edir ki, o, çöxnövçülüyün nəticələrinə görə ilk otuz idmançının siyahısına daxil olacaq və dayaqla tullanmada finala vəsiqə qazanacaq.