İdman
gimnastikadan
başlayır
26 sentyabr 2025
26 sentyabr tarixində Şəki şəhərində batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi təşkil olunub. Yarış, qarşıdan gələn III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyıb.
Birincilikdə “Ocaq Sport” Klubu və Bakı Gimnastika Məktəbinin idmançıları kiçiklər (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr (2011–2012) və gənclər (2009–2010) yaş kateqoriyalarında fərdi və sinxron proqramlarda bacarıqlarını nümayiş etdiriblər.
Böyüklər yaş kateqoriyasında isə milli komandanın üzvləri nümunəvi çıxışlarla tamaşaçıların qarşısına çıxıblar.
Qaliblərin siyahısı:
Fərdi proqram – qadın gimnastlar
Kiçiklər yaş kateqoriyası:
1-ci yer – Nur Bilallı (“Ocaq Sport” Klubu)
2-ci yer – Məryəm Həmodzadə (“Ocaq Sport” Klubu)
3-cü yer – Səbirə Allahverdiyeva (“Ocaq Sport” Klubu)
Uşaqlar yaş kateqoriyası:
1-ci yer – Ayla Abdinova (Bakı Gimnastika Məktəbi)
2-ci yer – Leyla Əhmədova (“Ocaq Sport” Klubu)
3-cü yer – Kamilla Mirzoyeva (Bakı Gimnastika Məktəbi)
Yeniyetmələr yaş kateqoriyası:
1-ci yer – Samirə Hüseynova (“Ocaq Sport” Klubu)
2-ci yer – Melisa İsmixanova (Bakı Gimnastika Məktəbi)
3-cü yer – Maral Məhərrəmli (Bakı Gimnastika Məktəbi)
Sinxron proqram – qadın gimnastlar
Uşaqlar yaş kateqoriyası:
1-ci yer – Leyla Əhmədova / Nərmin Bahadırlı (“Ocaq Sport” Klubu)
2-ci yer – Nilay Əliyeva / Əzizə Sultanlı (Bakı Gimnastika Məktəbi)
3-cü yer – Dəniz Hacıyeva / Ayla Abdinova (Bakı Gimnastika Məktəbi)
Fərdi proqram – kişi gimnastlar
Uşaqlar yaş kateqoriyası:
1-ci yer – Babic Daniil (Bakı Gimnastika Məktəbi)
2-ci yer – Ağa Bədəlzadə (“Ocaq Sport” Klubu)
3-cü yer – Əli Nəsirzadə (Bakı Gimnastika Məktəbi)
Sinxron proqram – kişi gimnastlar
Uşaqlar yaş kateqoriyası:
1-ci yer – Əli Nəsirzadə / Babic Daniil (Bakı Gimnastika Məktəbi)
2-ci yer – Səccad Babazadə / İbrahim Nəsibov (“Ocaq Sport” Klubu)
3-cü yer – Ağa Bədəlzadə / Fəhmin Nəzərli (“Ocaq Sport” Klubu)
Gimnastlarımızı təbrik edirik!