İdman

gimnastikadan

başlayır

Sinxron proqramda 2 medal

25 may 2025

Sinxron proqramda 2 medal

21-24 may tarixlərində Rusiyanın Krasnodar şəhərində keçirilmiş batut gimnastikası üzrə beynəlxalq turnirdə gimnastlarımız uğurla çıxış edərək iki medal qazanıblar.
Yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən Ömər Qasımlı və Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medalın sahibi olublar. 
Böyüklər yaş kateqoriyasında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc medala layiq görülüblər. 

Gimnastlarımızı təbrik edir, qarşıdakı yarışlarda da yeni nailiyyətlər arzulayırıq!