16 may 2019
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı keçirilir.
Trend-in məlumatına görə, yarışlar bədii gimnastika azarkeşləri üçün əsl bayramdır. Çempionatın tamaşaçıları böyük məmnuniyyətlə gimnastların parlaq və baxımlı çıxışlarını izləyirlər.
Bundan əlavə, Luici adlı meymun - maskot tamaşaçılara və gimnastlara təbəssüm, pozitiv və yaxşı əhval-ruhiyyə bəxş edir. Meymun Luici tamaşaçıları interaktiv çıxışları ilə sevindirir.
Qeyd edək ki, meymun Luicinin obrazını iki professional aktyor canlandırır - Skott Hesinqton və Berri Anderson.
Xatırladaq ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.