İdman

gimnastikadan

başlayır

GÜNƏŞLİ BATUMİDƏ MEDALLARIN İŞILTISI

31 avqust 2015

GÜNƏŞLİ BATUMİDƏ MEDALLARIN İŞILTISI

Yay günlərində turistlərin axın etdiyi Gürcüstanın kurort şəhəri olan Batumi, artıq ikinci ildir ki, idman gimnastikası üzrə beynəlxalq yarışa ev sahibliyi edir.

Bu il ölkəmizi bu yarışda qadın idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edib.

İdmançılarımız yalnız Rusiya yığmasına məğlub olaraq, komanda hesabında gümüş medal əldə edib. Yarışın ev sahibləri isə 3-cü yerə layiq görülüblər.

Marina Nekrasova şəxsi hesabına 4 bürünc medal yazmaqla fərqlənib. O, çoxnövçülükdə, dayaqla tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlərdə 3-cü yerdə qərarlaşıb. 

Digər təmsilçimiz Yuliya İnşına isə gimnastika tirində bürünc medal qazanıb.