İdman
gimnastikadan
başlayır
07 noyabr 2025
İspaniyanın Pamplona şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan təmsilçiləri növbəti dəfə tarixi uğura imza atıblar.
Milli komandamızın üzvləri - Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov möhtəşəm çıxış nümayiş etdirərək komanda hesabında Dünya çempionu olublar.
İdmançılar fərdi çıxışlarda topladıqları xalların cəminə görə 172.100 xal nəticə ilə birinci yeri tutaraq, öz titullarını yenidən qorumağı bacarıblar.
Gimnastlarımızı bu böyük uğur münasibətilə təbrik edirik.