İdman

gimnastikadan

başlayır

Tamblinq üzrə onlayn məşqçilik kurslarına start verilib

25 fevral 2023

Tamblinq üzrə onlayn məşqçilik kurslarına start verilib

Bugünlərdə tamblinq üzrə 1-ci səviyyə üçün (5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) onlayn məşqçilik kurslarına start verilib. Bununla əlaqədar olaraq, ölkəmizdə fəaliyyət göstərən idman klubları və cəmiyyətlərdə fəaliyyət göstərən məşqçilər onlayn kurslardan qeydiyyatdan keçə bilərlər. Daha sonra 2-4 mart tarixlərində Milli Gimnastika Arenasında məşqçilik kurslarının nəzəri və təcrübi hissəsinin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, AGF-nin tədris saytı ötən il federasiyasının İcra Komitəsinin 09.09.2020-ci il tarixli qərarına əsasən təsdiq edilmiş “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarına uyğun olaraq istifadəyə verilib.

Bu sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarından onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər.

Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir.

Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarla federasiyasnın rəsmi internet saytında tanış ola bilərsiniz:

 

https://agf.az/uploads/rules/---az--rbaycan-gimnastika-fede_7548_az.pdf