İdman

gimnastikadan

başlayır

Tbilisi Gimnastradasında parlaq çıxış 

01 aprel 2023

Tbilisi Gimnastradasında parlaq çıxış 

Martın 28-i və 29-da Gürcüstanda gimnastika hamı üçün növü üzrə Tbilisi Gimnastradası keçirilib. 55 komandanın qatıldığı festivalda ölkəmizi paytaxtın “Alov” komandası ilə yanaşı, İsmayıllı, Gəncə, Abşeron, Naxçıvan, Mingəçevir komandaları da təmsil ediblər. 
İdmançılarımız uğurla çıxış edərək birinci pillədə qərarlaşıblar. 
Təmsilçilərimizin biri-birindən parlaq və rəngarəng çıxışları maraqla qarşılanıb. Onların təqdim etdikləri müxtəlif mövzulu kompozisiyalar icra dəqiqliyi, dinamikliyi və qeyri-adiliyi ilə fərqlənib. 
Qeyd edək ki, bu növ yarışlarda bütün iştirakçılar qalib hesab olunaraq, onlara qızıl, gümüş və bürünc medallar təqdim edilir.