İdman

gimnastikadan

başlayır

Təmsilçilərimiz Dünya çempionatının daha bir “bürünc”ünü komandamızın aktivinə yazdırıblar

12 mart 2022

Təmsilçilərimiz Dünya çempionatının daha bir “bürünc”ünü komandamızın aktivinə yazdırıblar

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında daha bir medala sahib çıxıblar. İdmançılarımız temp hərəkətlərinin icrasında hakimlərdən 27.500 xal alaraq bürünc medal əldə ediblər. Birinci və ikinci yerləri müvafiq olaraq ABŞ və Qazaxıstan təmsilçiləri öz aralarında bölüşdürüblər.
Xatırladaq ki, dünən idmançılarımız qarışıq hərəkətlər proqramında da bürünc medal qazanmışdılar.