11 dekabr 2007
Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü Minskdə keçirilən akrobatika gimnastikası üzrə beynəlxalq turnirdə gümüş medal qazanmışdır.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, akrobatlarımız seçmə mərhələni keçərək finala çıxmış, qarışıq kompozisiyada original proqram nümayiş etdirərək ikinci yeri tutmuşlar. Birinci yeri hazırki dünya çempionları Belarusun qadın cütlüyü, üçüncü isə Rusiya idmançıları qazanıblar.
Bu, qadın cütlüyümüzün son ayında qazandığı üçüncü qələbədir. Ayla Əhmədova və Dilarə Sultanova bundan əvvəl Belarusun Brest və Rusiyanın Volqodonsk şəhərlərində keçirilmiş turnirlərin qalibi olmuşlar.