İdman

gimnastikadan

başlayır

Dünya Çempionatının səfiri Bravo marketdə azarkeşlərlə görüşüb

12 sentyabr 2019

Dünya Çempionatının səfiri Bravo marketdə azarkeşlərlə görüşüb

Bədii gimnastika üzrə Dünya Çempionatının səfiri Yana Batırşina çempionatın təşviqat və təbliğatı üçün hazırlanan xüsusi  proqram çərçivəsində bir sıra tədbirlər və görüşlərdə iştirak edir.

Bu dəfə isə səfir, Bravo marketdə imza günü keçirib. İlk öncə tanınmış şoumen Murad Dadaşov Y. Batırşinanı tamaşaçılara təqdim edib. Daha sonra start götürən gimnastika şousunda azyaşlı gimnastlar öz proqramlarını tamaşaçılara nümayiş etdiriblər.

Xeyli insanın marağına səbəb olan görüşün sonunda Yana şəxsi imzası ilə tamaşaçılara xüsusi kartlar hədiyyə edərək, onlarla xatirə şəkilləri çəkdirib.