12 fevral 2020
14-16 may tarixlərində ölkəmizdə təşkil ediləcək aerobika gimnastikası üzrə dünya çempionatının səfirləri müəyyənləşib.
Bu dəfə dünya çempionatı üçün 1 deyil məhz 2 səfir seçilib. Bunlar əfsanəvi 4-qat dünya çempionları Vladislav Oskner (Rusiya) və Oana Karina Konstantindir (Rumıniya).
Qeyd edək ki, aerobika gimnastikası üzrə dünya çempionatı Azərbaycanda ilk dəfə keçiriləcək. İlkin siyahıya əsasən, yarışda 36 ölkədən 491 gimnastın iştirakı gözlənilir.
Milli Gimnastika Arenasında üç gün davam edəcək çempionatda idmançılar qadınlar və kişilər arasında fərdi proqramda, qarışıq cütlüklər, trio, qrup, eləcə də aerodans və aerostep proqramlarında çıxış edəcək. Qaydalara əsasən, bir idmançı maksimum üç proqramda çıxış edə bilər.