İdman

gimnastikadan

başlayır

Almaniyada idman gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb

25 noyabr 2019

Almaniyada idman gimnastikası üzrə Dünya Kuboku yekunlaşıb

21-24 noyabr tarixlərində Almaniyanın Kotbus şəhərində “Turnier der Meister” adlı Dünya Kuboku keçirilib.

Bu kubokda ölkəmizi kişi idman gimnastikası üzrə yığma komandanın üzvü Murad Ağarzayev təmsil edib.

Gimnast ən yaxşı nəticəni dayaqlı tullanma alətində göstərərək, 13-cü yerdə qərarlaşıb.