İdman

gimnastikadan

başlayır

Avropa Çempionatının püşkatma mərasimi keçirilib

02 mart 2019

Avropa Çempionatının püşkatma mərasimi keçirilib

Bu gün, bədii gimnastika üzrə Avropa Çempionatının püşkatma mərasimi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının ofisində baş tutan tədbirdə Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti, komitənin üzvləri və yerli federasiyanın nümayəndələri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycanın fərdi böyük gimnastları 18-ci, yeniyetmələrdən ibarət qrup hərəkətləri komandası isə 16-cı rəqəm altında çıxış edəcəklər.

Püşatmanın nəticəsi Avropa Gimnastika İttifaqının saytında http://www.ueg.org/ dərc olunacaq.

Xatırladaq ki, 33 ölkənin təmsilçilərinin çıxış edəcəyi Avropa Çempionatı 16-19 may tarixlərində Bakıda baş tutacaq.