İdman

gimnastikadan

başlayır

İdman gimnastlarımız Avropa Çempionatında çıxışlarını yekunlaşdırdılar

13 aprel 2019

İdman gimnastlarımız Avropa Çempionatında çıxışlarını yekunlaşdırdılar

Polşanın Şçeçin şəhərində artıq bir neçə gündür idman gimnastikası üzrə Avropa Çempionatı keçirilir.

38 ölkənin iştirak etdiyi qitə birinciliyində ölkəmizi kişilər arasında Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınların yarışında isə Marina Nekrasova təmsil ediblər.

Çempionatın çoxnövçülük finalına vəsiqə qazanmış millimizin üzvləri İvan və Marina dünən baş tutan final mərhələsində öz güclərini sınayıblar. Təmsilçilərimiz müvafiq olaraq, 78.665 xalla 21-ci və 48.465 xalla 23-cü yerdə qərarlaşıblar.

Həmçinin, gimnastlarımız bu il Minskdə baş tutacaq (Belarus) 2-ci Avropa Oyunlarına lisenziya əldə etmək şansı da qazanıblar.