İdman

gimnastikadan

başlayır

Azərbaycanın qrup hərəkətləri komandası AGF Junior turnirində çoxnövçülükdə gümüş medal qazandılar

20 aprel 2019

Azərbaycanın qrup hərəkətləri komandası AGF Junior turnirində çoxnövçülükdə gümüş medal qazandılar

Bu gün, Bakıda bədii gimnastika üzrə AGF Junior Trophy beynəlxalq turniri start götürdü.

Yarışın ilk günü gimnastlar çoxnövçülükdə medallar uğrunda mübarizə aparırdılar. Fərdi proqramda ölkəmizi Arzu Cəlilova, Nərminə Səmədova və Nərmin Bayramova təmsil edirdilər. 4 alətlə çıxışın nəticələrinə əsasən Arzu 72.650 xal toplayaraq, 6-cı yerdə qərarlaşdı. Gimnastımız ip, lent və topla final mərhələsinə vəsiqə qazanmaqla yanaşı, həm də ən çox icra xalına görə “AGF Trophy” mükafatına da layiq görüldü.

Digər gimnastımız Nərminə isə çoxnövçülükdə 71.900 xal toplamaqla, sıralamada 7-ci oldu. Həmçinin gimnastımız hər 4 alətlə finala adlamağı da bacardı. Nərmin Bayramovaya gəldikdə isə, o çoxnövçülükdə 32-ci yerdə qərarlaşdı.

Yarışların ikinci hissəsində isə Milli Gimnastika Arenasında qrup hərəkətləri komandaları öz ustalıqlarını nümayiş etdirdilər. Çoxnövçülük proqramında komandalar 5 halqa və 5 lent ilə kompozisiyalarını icra etdilər. Bizim qrup komandamız Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə iki çıxışın nəticəsinə əsasən hakimlərdən 41 tam xal alaraq, gümüş medala sahibləndilər.  Qızıl medalı İsrail, bürünc medalı isə Rusiya komandası əldə etdi.

Azərbaycan komandası həmçinnin hər iki kompoziyaya görə həm final mərhələsinə vəsiqə qazandılar, həm də ən yüksək icra xalını toplayaraq, "AGF Trophy" mükafatını da əldən vermədilər.