İdman

gimnastikadan

başlayır

Batutçumuz beynəlxalq turnirdə 3-cü oldu

07 sentyabr 2019

Batutçumuz beynəlxalq turnirdə 3-cü oldu

Bu gün, Türkiyənin Antalya şəhərində batut gimnastikası üzrə beynəlxalq turnir yekunlaşıb.

70 nəfərin iştirak etdiyi yarışda ölkəmizi 11-12 yaş qrupunda Hüseyn Abbasov, Maqsud Mahsudov, 15-16 yaşlı qadın iştirakçılar arasında isə Selcan Mahsudova təmsil edib.

Gimnastlarımızdan uğurlu çıxışı ilə yadda qalan Hüseyn 48,400 xal toplayaraq, turnirin bürünc medalına layiq görülüb. Eyni yaş kateqoriyasında mübarizə aparan digər gimnastımız Maqsud Mahsudov yarışı 4-cü yerdə bitirib.

Xanım təmsilçimiz isə final mərhələsində 8-ci yerdə qərarlaşıb.