İdman

gimnastikadan

başlayır

Qrup komandamız yenidən “GymGala” şousuna qatılıb

18 dekabr 2019

Qrup komandamız yenidən “GymGala” şousuna qatılıb

14 və 15 dekabr tarixlərində Belçikanın Antverp şəhərində ənənəvi “GymGala” şousu təşkil edilib.

Hər il olduğu kimi bu il də şouya müxtəlif gimnastika növləri üzrə Dünya, Avropa mükafatçıları, həmçinin Olimpiya ulduzları qatılıb.

İştirakçılar arasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da yer alıb. Komandamız artıq bir neçə ildir ki, gimnastika aləminin məşhur simalarının toplaşdığı bu şouya dəvət alırdı.

Narın Qurbanova, Veronika Qudis, Darya Sorokina, Məryəm Səfərova və Yelizaveta Luzandan ibarət qrup komandası tədbirin hər iki günündə 4000 nəfər tamaşaçının toplaşdığı Lotto Arenada öz gözoxşayan çıxışlarını nümayiş etdiriblər.