İdman

gimnastikadan

başlayır

Belarus batutçusu “SmartScoring” milli brendinin siması seçilib

16 fevral 2020

Belarus batutçusu “SmartScoring” milli brendinin siması seçilib

Batut gimnastikası üzrə Belarus yığmasının üzvü Mariya Maxarinskaya  “SmartScoring” milli brendinin siması seçilib.

Maxarinskayanın “SmartScoring” şirkətinin siması seçilməsi ilə bağlı qərar elə gimnastın da hazırda iştirak etdiyi batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda verilib.

Gimnastın “SmartScoring” şirkətinin siması seçilməsi gimnastın gənc və perspektivli olması ilə əlaqədardır. Belə ki, gənc gimnast Dünya Çempionatının sinxron proqramda bürünc medalçısıdır. İstedadlı gimnast, həm də bir sıra beynəlxalq turnir və yarışların qalibi və mükafatçısıdır.

Qeyd edək ki, bundan öncə bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvü, gənclər arasında Dünya Çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova “SmartScoring” şirkətinin rəsmi səfiri seçilmişdi.

“SmartScoring”in idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərir. Şirkətin fəaliyyətinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan video nəzarəti də daxildir.

“SmartScoring” artıq idman yarışları zamanı xidmətlərin göstərilməsində böyük təcrübəyə malikdir. Belə ki, komanda ölkəmizdə təşkil edilmiş batut, idman gimnastikası və bədii gimnastika üzrə keçirilən Dünya Kuboku yarışlarını, bədii və aerobika gimnastikası üzrə Avropa Çempionatlarını, həmçinin bir sıra milli turnirləri xalların hesablanması sistemi və video nəzarəti xidməti ilə uğurla təmin etmişdir. Şirkət ölkədən kənarda da uğurla fəaliyyət göstərir. “SmartScoring” komandası Avropa Gimnastika İttifaqının rəsmi tərəfdaşıdır və çoxsaylı Avropa Çempionatları, 2-ci Avropa Oyunları və bir sıra yarışlarda peşəkar xidmətlər göstərib.