İdman
gimnastikadan
başlayır
01 aprel 2013
Kiyevdə idman gimnastikası üzrə Stella Zaxarova beynəlxalq kuboku baş tutub. Yarışda üç azərbaycanlı gimnast iştirak edib.
Burada ən yaxşı nəticəni Uğur Xəlilbəyli göstərib. O, sərbəst hərəkətlərdə 10-cu yerə çıxıb.
Aprelin 17-21-də isə Moskvada idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Buna görə də idmançıların əksəriyyəti bu yarışları mövsümün əsas startından öncə hazırlıq qismində nəzərdən keçirir.