İdman

gimnastikadan

başlayır

Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Olimpiya Komitəsinin ali diplomunun verilməsi münasibəti ilə Mehriban xanım Əliyevanı təbrik edir.

17 may 2008

Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Olimpiya Komitəsinin ali diplomunun verilməsi münasibəti ilə Mehriban xanım Əliyevanı təbrik edir.

Bizim üçün sevindirici haldır ki, bu mükafat beynəlxalq olimpiya hərəkatında müstəsna xidmətləri olan xanıma verilmişdir. Odur ki, Mehriban xanım Əliyevanın Beynəlxalq Olimpiya Komitəsinin ali diplomu ilə təltif olunması dünyada onun nüfuzunun artmasını bir daha təsdiq edir.

Onun sonrakı fəaliyyətinin də səmərəli və məqsədəuyğun olacağına və həmin fəaliyyətin ümumiyyətlə Azərbaycanda idmanın və xüsusilə gimnastikanın yüksəlməsinə, ölkəmiz və xalqımızın beynəlxalq idman imicinin möhkəmlənməsinə xidmət edəcəyinə əminik.

Azərbaycanın gimnastika ictimaiyyəti Mehriban xanım Əliyevanı bir daha təbrik edir və ona ən xoş arzularını çatdırır