30 noyabr 2018
Bu gün, Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin iclası öz işinə başlayıb. Dekabrın 2-3 tarixlərində paytaxtımızda baş tutacaq FIG-nin Konqresi çərçivəsində keçirilən bu iclasda qurumun prezidenti Morinari Vatanabe başda olmaqla, Qitə İttifaqlarının rəhbərləri, gimnastika növləri üzrə Texniki Komitələrin prezidentləri, İcra Komitəsin üzvləri və bir sıra digər rəsmi nümayəndələr iştirak ediblər.
İki gün davam edəcək iclasın gündəliyində əsasən FIG-nin Nizamnaməsinə edilə biləcək mümkün dəyişikliklər, qurumun proqramına yeni gimnastika növünün əlavə edilməsi məsələsi və digər mühüm məsələlər duracaq.
Xatırladaq ki, İcraiyyə Komitəsinin iclaslarının ardınca, dekabrın 2-də Bakıda FIG-nin ali orqanı Koqresin iclası start götürəcək. Gimnastika sahəsində vacib qərarların müzakirə ediləcəyi Konqresə 111 ölkədən 240-a yaxın nümayəndənin qatılacağı gözlənilir.