İdman

gimnastikadan

başlayır

İDMAN GİMNASTİKASI ÜZRƏ AVROPA ÇEMPİONATI

28 may 2016

İDMAN GİMNASTİKASI ÜZRƏ AVROPA ÇEMPİONATI

Bu günlərdə İsveçrənin Bern şəhərində kişi idman gimnastikası üzrə 32-ci Avropa Çempionatı keçirilir.

Bu çempionatda Azərbaycan ilk dəfə olaraq böyüklər və gənclər arasında komanda yarışlarında iştirak etmişdir.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, gimnastlar Oleq Stepko, Petro Paxnyuk, Timur Bayramov və Daniel Robert Lukas 28 komanda arasında 20-ci yeri tutmuşlar. Təəssüflər olsun ki, parallel qollar üzərində hərəkətlərdə Oleqin yol verdiyi səhv,keçən Dünya Çempionatında ona bürünc medal gətirmiş sevimli alətində final mərhələsinə vəsiqə qazanmamasına səbəb oldu.

Gənclər Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavidan Babayev və Sergiy Onbış Avropa Çempionatı yarışlarında debüt çıxışlarını nümayiş etdirdilər. Komanda hesabında hər alət üzrə göstərilmiş ən yaxşı 4 nəticənin cəminə əsasən, gənclər 30 komanda arasında 22-ci mövqedə qərarlaşdılar.