İdman

gimnastikadan

başlayır

BƏDİİ GİMNASTİKA ÜZRƏ AVROPA ÇEMPİONATI

20 iyun 2016

BƏDİİ GİMNASTİKA ÜZRƏ AVROPA ÇEMPİONATI

17-19 iyun tarixlərində, İsrailin Holon şəhərində Bədii Gimnastika üzrə 32-ci Avropa Çempionatı keçirilmişdir.

Ölkəmizi Rio-2016 Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışlarda təmsil edəcək Marina Durunda çoxnövçülük yarışlarında 7-ci yerdə qərarlaşdı, böyüklər arasında debüt edən Jalə Piriyeva isə 20-ci oldu.

Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət qrup hərəkətləri komandası 5 lentlə finala vəsiqə qazanaraq, 8-ci yeri tutdu.

Gənclər arasında keçirilən yarışlarda Azərbaycanı İlahə Məmmədova, Veronika Hudis və Zöhrə Ağamirova təmsil etdilər. İlahə halqa, Veronika isə iplə finallarda çıxış edərək, 8-ci yerlərdə qərarlaşdılar. Komanda hesabında da gənc gimnastlarımız 36 ölkə arasında 8-ci yeri tutdular.