İdman

gimnastikadan

başlayır

Avropa Çempionatının ilk günündə ilk medal sevinci

30 oktyabr 2019

Avropa Çempionatının ilk günündə ilk medal sevinci

İsrailin Holon şəhərində bu gün start götürmüş akrobatika gimnastikası üzrə Avropa  Çempionatı gimnastlarımız üçün uğurlu başladı.

Belə ki, gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıblar. Balans hərəkətləri proqramında hakimlərdən 28 xal alaraq, gimnastlarımız fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər. 1-ci və 2-ci yerləri müvafiq olaraq Böyük Britaniya (28.750) və Rusiya (28.600) gimnastları tutub.

Qeyd edək ki, sabahdan etibarən yarışlara böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da qoşulacaqlar. Çempionat noyabrın 3-ü yekunlaşacaq.